Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bolqarıstan Azərbaycan qazı almaqda maraqlıdır

  35
20:50 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Bolqarıstan ölkənin qazpaylayıcı şəbəkəsinə Azərbaycan investisiyalarında maraqlıdır. Paralel.az xəbər verir ki, bu barədə “Trend”ə Bolqarıstan Energetika Nazirliyindən bildiriblər.

Qurumdan deyilib ki, Bolqarıstanın qazpaylayıcı şəbəkəsinə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) investisiyaları hər iki tərəf üçün səmərəli olardı: "Çünki IGB interkonnektoruna Azərbaycan qazı daxil olacaq".

Qeyd olunub ki, Bolqarıstan əhalisinin yalnız 3-4 faizi təbii qazdan istifadə edir.

Nazirlikdən deyiblər ki, SOCAR-a qazlaşdırma üçün rayonları özünün seçməsi təklif olunacaq.

Qeyd edək ki, IGB kəməri "Şahdəniz" yatağından Avropa bazarlarına qazın nəql olunacağı TAP boru kəmərinə qoşulacaq, bununla da Bolqarıstanın Azərbaycan qazı almasına imkan verəcək.

 


Yazarlar