Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Kim Çen In Pxenyana dönüb

  14
17:35 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Şimali Koreya lideri Kim Çen Inın şəxsi təyyarəsi Pxenyan hava limanına uğurlu eniş edib.

 

Paralel.az “Yonhap” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin mərkəzi televiziyası məlumat yayıb.

 

Agentliyin məlumatına görə Kim Çen Inın təyyarəsi Pxenyan hava limanına yerli vaxtla saat 7-də ( bakı vaxtı ilə 02:00) eniş edib. Lakin Şimali Koreyanın mərkəzi televiziyası hadisəni 12 saat gec yayımlayıb.

Yayım zamanı Kim Çen In Koreya yarımadası ətrafındaki geosiyasi vəziyyəti həll etdiyi və ABŞ-la əlaqələrdə yeni bir fəsil açdığı üçün təriflənib.

 

Onu hava limanına Sinqapurun xarici işlər naziri Vivian Balakrişnan və təhsil naziri On E Kun yola salıblar.

 

Qeyd edək ki, iyunun 12-də Sinqapurda ABŞ və Şimali Koreya liderinin tarixi görüşü baş tutub. Görüşün nəticəsi kimi hər iki dövlət arasında sənəd imzalanıb.

 

Əvəz ZEYNALOV

 


Yazarlar