Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

ABŞ-da ştatların sayı 52-yə çata bilər

  11
15:15 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Kaliforniya ştatının üç ayrı ştata bölünməsi üçün noyabrın 6-da referendum keçirilə bilər.

 

Paralel.az “FOX” kanalına istinadən xəbər verir ki, bu barədə Kaliforniya ştatının katibi Aleks Padilla bəyan edib.

“Dövlət katibi 6 noyabr 2018-ci ildə keçiriləcək səsvermə təşəbbüsünü iyunun 28-də təsdiq edəcək” – Padillanın bəyanatında bildirilib.

 

Bundan əvvəl investor Tim Draperin “CAL-3” (ştatın 3 ştata bölünməsi) adlı təşəbbüsü 600 min səs topladığı bildirilirdi. Realda bu təşəbbüsün referenduma keçməsi üçün isə 365 880 qeydiyyatda olan vətəndaşın səsi lazım olub.

Dreyperin layihəsinə əsasən ştat mərkəzi, şimali və cənubi olmaqla üç ayrı ştata bölünür. Yeni ştatların adlarını isə yerli əhali özü verəcəyi ehtimal edilir.

 

O bundan əvvəl də 2014 və 2016-cı illərdə bu təşəbbüsə əla atıb. Lakin həmin an lazımi səs toplaya bilməyib.

Qeyd edək ki, hazırda ABŞ 50 ştata malikdir. Referendumun uğurlu keçəcəyi təqdirdə isə ştatların sayı 52 olacaq.

 

Əvəz ZEYNALOV

 


Yazarlar