Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Səfirliyə şübhəli zərflər göndərildi – Polis çağırıldı

  14
14:30 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Moskvadakı Polşa səfirliyinə içərisində tərkibi bilinməyən toz olan iki zərf çatdırılıb.

 

Paralel.az xəbər verir ki, bu barədə “Moskva” agentliyi hüquq mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

 

“Naməlum şəxslər Klimaşkina küçəsində yerləşən Polşa səfirliyinə içərisində naməlum toz olan iki zərf göndəriblər” – mənbədən bildirilib.

 

Hazırda hüquq mühafizə orqanlarının əməkdaşları faktla bağlı ilkin araşdırma aparırlar.

Qeyd edək ki, bu ilin fevral ayında da analoji olaraq Moskvada yerləşən bir sıra xarici səfirliklərə içərisində naməlum tərkibli bəyaz toz olan zərflər göndərilib.

 

Əvəz ZEYNALOV


Yazarlar