Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan sərhəddində məmura sui-qəsd olub

  17
14:20 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Dağıstanda dövlət məmurunun maşını naməlum şəxslər tərəfindən atəşə tutulub.

 

Paralel.az xəbər verir ki, “TASS” agentliyinə bu barədə informasiya mənbəyindən məlumat verilib.

Mənbənin verdiyi məlumata görə, Dərbənd rayonunun əmlak və torpaq idarəçiliyi başçısının vəzifələrini icra edən Elman Mirzoyevin maşını atəşə məruz qalıb.

 

“Çərşənbə günü gecə saatlarında naməlum şəxslər Dərbənd rayonunun Xəzər qəsəbəsində əmlak və torpaq idarəçiliyi başçısının vəzifələrini icra edən Elman Mirzəyevə məxsus “Lada Priora” markalı avtomobilə atəş açıblar” - mənbədən bildirilib.

 

Məlumatda həmçinin hücum edən şəxslərin Dağıstan hüquq-mühafizə orqanları tərəfindən axtarıldığı da qeyd olunub.

Hadisə ilə bağlı zərər çəkmiş şəxsin peşə fəaliyyəti və daxili münaqişə kimi bir neçə versiya üzrə araşdırma aparılır.

 

Mirzəyevin səhhəti ilə bağlı heç bir məlumat verilməyib.

 

Əvəz ZEYNALOV

 


Yazarlar