Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qarabağda məhv edilən məşhur terrorçunun qohumları Xankəndinə gəldilər

  15
14:00 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Məşhur terrorçu Monte Melkonyanın qohumları işğal altındakı Qarabağ torpaqlarlına səfər ediblər.

 

Paralel.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, onları separatçı rejimin rəhbəri Bako Saakyan qəbul edib. Səfər Monte Melkonyanın Azərbaycan ordusunun hərbçiləri tərəfindən məhv edilməsinin 25 illiyi münasibətilə təşkil olunub.

 

Xatırladaq ki, Monte Melkonyan 1957-ci ildə ABŞ-ın Kaliforniya ştatının Viseliya şəhərində anadan olub. 70-ci illərin sonlarında Livanda yaradılan “Asala” erməni terror qruplaşmasının sıralarında türk diplomatlara qarşı hücumlar təşkil edib. 1991-ci ildə Qarabağa gələrək qanunsuz hərbi birləşmələrin tərkibində vuruşub. 1993-cü il iyunun 12-də Ağdamın Mərzili kəndində döyüşçülərimiz tərəfindən məhv edilib. Onu İrəvanda basdırıblar.


Yazarlar