Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Heç bir ölkədə turist özüylə 3 kisə kartof gətirmir” - Gömrük Komitəsinin rəsmisi

  21
13:50 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət Gömrük Komitəsi başqa ölkəyə turist kimi gedən vətəndaşlarımızın qayıdarkən çox sayda spirtli içki, siqaret və s. keçirmək istəməsinə münasibət bildirib.

Paralel.az-ın məlumatına görə, Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsinin rəis müavini Səməd Qaralov  bildirib ki, Azərbaycan dövləti kifayət qədər inkişaf edib və başqa ölkələrdən bu cür malların gətirilməsinə ehtiyac yoxdur:

“Bir dəfə Gürcüstandan Azərbaycana gəlirdim. Bir vətəndaş mənə yaxınlaşaraq 3 qutu siqaret, 3 qutu spirtli içkinin bizim tərəfə keçirməyimi xahiş etdi. Ona kim olduğumu xatırlatdım və qanuna tabe olmağa çağırdım. Artıq belə hallara yol  vermək olmaz”.

 

S.Qaralovun sözlərinə görə, heç bir ölkədə belə bir hal yoxdur:

“Heç bir ölkədə yoxdur ki, kimsə turist kimi başqa ölkəyə gedə və qayıdanda özüylə 3 kisə kartof gətirə. Ölkəmiz inkişaf edib, bizim belə şeylərə ehtiyacımız yoxdur. Gömrük Məcəlləsində belə bir anlayış nəzərdə tutulmayıb. Fiziki şəxs vergi orqanlarında sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslərə deyilir. Gömrük sərhəddini keçənlər isə fiziki şəxs deyil, səyahətçidir. Səyahətçi özüylə zəruri vasitələrini apara bilər, 30 kiloqram kartof aparmaz, 20 kiloqram yağ aparmaz. Biz artıq bu cür düşüncələri tərk etməliyik”.

 


Yazarlar