Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Çavuşğlu: “Bəzən dostum Elmar Məmmədyarovla zarafat edirəm”

  11
11:10 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

"Azərbaycanla Türkiyə qardaş dövlətdir. Birimizin sabitliyi və əminamanlığı, digərimizin sabitliyi və əminamanlığıdır. Qarabağ məsələsi sadəcə Azərbaycanın məsələsi deyildir".

 

Paralel.az-ın məlumatına görə, bunu azərbaycanlı jurnalistlərə açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

Türkiyənin XİN rəhbəri bildirib ki, Azərbaycanın işğal edilmiş torpaqları da bizim məsələmizdir.

 

"İndi partiyamızın seçkiqabağı kampaniyaları yaxşı gedir. İnşallah yenə prezident Rəcəb Tayyib Ərdoğan seçkiləri qazanacaq. Seçim olsa da, olmasa da Azərbaycanın məsələləri ilə daim maraqlanırıq. Mən eyni zamanda Azərbaycanın da xarici işlər naziri kimi işləyirəm. Hətta bəzən dostum Elmar Məmmədyarovla zarafat edirəm. Ona deyirəm ki, sən tətilə gedə bilərsən, mən onsuz da işləyirəm. Çünki qardaşlar arasında belə də olmalıdır".


Yazarlar