Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bağçada uşaqları döyən tərbiyəçiyə cinayət işi açıldı 

  13
11:05 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Bakının Yasamal rayonundakı uşaq mərkəzində azyaşlılara işgəncə verilməsi ilə bağlı cinayət işi başlanıb.

Paralel.az xəbər verir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, faktla bağlı Yasamal rayon Polis İdarəsi araşdırmaya başlayıb.

Araşdırmaların nəticəsi olaraq idarədə fakta görə Cinayət Məcəlləsinin 133-cü( əzab vermə) maddəsilə cinayət işi başlanılıb və mərkəzin tərbiyəçisi Füruzə Tağıyeva istintaqa cəlb edilib.

 

Hazırda faktla bağlı istintaq əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, sosial şəbəkələrdə Bakıda fəaliyyət göstərən “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.


Yazarlar