Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Gömrük Komitəsinin sədrindən jurnalistlərə maraqlı TƏKLİF: “Bu gündən sonra...”   +

  34
10:35 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Bu gün Dövlət Gömrük Komitəsində "Azərbaycan Gömrüyü - bu gün və sabahın çağırışları" mövzusunda seminar keçirilib. Paralel.az xəbər verir ki, tədbirdə Komitə sədri Səfər Mehdiyev, Mətbuat Surasının sədri Əflatun Amaşov və media numayəndələri iştirak edib.

Çıxış edən S.Mehdiyev seminarın təşkilinin Komitə və media arasındakı əlaqələrdə yeni mərhələ olacağını vurğulayıb:

"Gömrük xidmətinin formalaşması 1995-ci ildən başlayıb. İlham Əliyəvin15 illik prezidentliyi dövründə islahatların və infrastrukturun yenilənməsində önəmli rol oynayıb. Bu gündən sonra Komitənin fəaliyyəti mətbuat nümayəndələrilə qarşılıqli əlaqədə çalışacağıq. Media işçilərindən ibarət qruplar yaradılsın və istənilən vaxt Komitədə hansısa fəaliyyət sahəsinin fəaliyyətini izləyə bilsinlər. Hətta istənilən məsələ üçün mənə də müraciət edə bilərsiniz. Ümumilikdə il ərzində 5 mln 400 minə qədər vətəndaşa xidmət edirik".

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Ə.Amaşov yeni sədri təbrik edib, fəaliyyətində uğurlar arzulayıb:

"İnanıram ki, Komitəyla jurnalistlər arasındakı əlaqələr bu sahədə ixtisaslaşmaya səbəb olacaq”.

Ə.Amaşov  jurnalistlərin işirakı ilə sərhəd gömrük məntəqələrinə səfərlərin təşkilinin artırılmasını təklif edib.

"APA Holding"in prezidenti Vüsalə Mahirqızı səminarın təşkili üçün təşəkkürünü bildirib. O da qeyd edib ki, gömrük sahəsindən yazan jurnalistlərin ixtusaslaşmasına ehtiyac var:

"Xüsusi qeyd etmək istəyirəm ki, Komitəyə yeni sədr təyin edildikdən sonra mediaya açıqlığı əhəmiyyətli dərəcədə artıb. Ən kiçik məsələyə belə mətbuat xidməti reaksiya verir".

Trend İnormasiya Agentliyinin direktor müavini Arzu Nağıyev idxal-ixrac əmələyyatlarının həyata keçirilməsi baxımından Komitənin fəaliyyətini yüksək qiymətləndirib. Eyni zamanda ölkə başçısının tapşırıqların yerinə yetirildiyinin şahidi olduğunu vurğulayıb.


Yazarlar