Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycana qaçaq yolla 9 kq narkotik keçirən saxlanıldı

  14
09:50 13-06-2018
Şriftin ölçüsünü dəyiş  

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbirləri nəticəsində 9 kiloqrama yaxın narkotik vasitə aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Paralel.az-a verilən məlumata görə Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində iyunun 11-də rayonun Səmədabad kəndi ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Gürcüstan Respublikasının vətəndaşı Almaz Rizayev saxlanılıb. Saxlanılarkən onun üzərindəki idman çantasından 8 kiloqram 415 qram narkotik maddə olan tiryək və 286 qram narkotik maddə olan heroin aşkarlanaraq götürülüb. Araşdırmalarla A. Rizayevin narkotik vasitəni İran İslam Respublikasından Biləsvuvar rayonu ərazisinə qaçaq yolla keçirdiyi müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

 

 

 

 

 


Yazarlar