Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“TANAP Avropanın enerji təhlükəsizliyini təmin edəcək” - Petro Poroşenko

  14
20:05 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

“Transanadolu boru kəməri (TANAP) Avropanın enerji təhlükəsizliyini təmin edəcək. Bu layihə yalnız Türkiyə və Azərbaycan üçün deyil, bütün Avropa, o cümlədən Ukrayna üçün vacib layihədir”. Paralel.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko bu gün Türkiyənin Əskişəhər vilayətində keçirilən TANAP layihəsinin açılış mərasimində bildirib.

 

Ukrayna prezidenti Azərbaycan prezidenti İlham Əliyevə və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana belə mühüm layihənin reallaşdırılması üçün minnətdarlığımı bildirib.

 

Qeyd edək ki, cari ildə ilk qaz TANAP vasitəsilə Türkiyəyə ixrac olunacaq. 2020-ci ilin əvvəlindən TAP kəmərinə birləşdiriləcək TANAP-ın ümumi ötürücülük həcmi 16 milyarda çatdırılacaq. Sonrakı mərhələlərdə isə kəmərin ötürücülük həcmi 31 milyard kubmetrədək artırıla bilər.

Xatırladaq ki, mayın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" layihəsinin təntənəli açılışı baş tutub. Bu gün isə TANAP layihəsinin açılış mərasimi keçirilir.


Yazarlar