Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"Ukrayna TANAP-dan yararlanmaq üçün addımlar atacaq" - Poroşenko

  14
19:55 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

"Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin işə düşməsi  Azərbaycan, Türkiyə, Avropa İttifaqı ölkələri və Ukrayna üçün vacib bir məqamdır".

Paralel.az xəbər verir ki, bunu Eskişehirin Seyidqazi rayonunda (Türkiyə) keçirilən TANAP-ın I hissəsinin açılış mərasimində Ukrayna prezidenti Petro Poroşenko deyib.

O, layihənin enerji daşıyıcılarının və onların nəqletmə marşrutlarının şaxələndirilməsi istiqamətində vacib bir layihə olduğunu bildirib. 

P.Poroşenko əlavə edib ki, Cənub Qaz Dəhlizinin vacib bir hissəsi olan bu layihə iki böyük liderin - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və Azərbaycan Prezidenti İlham Əliyevin səylərini birləşdirməsi hesabına həyata keçirilib və bununla da Avropa İttifaqının enerji təhlükəsizliyi təmin olunub: "Bu, Ukraynanın enerji daşıyıcılarının şaxələndirilməsi üçün də önəmlidir. Ukrayna bu layihəyə tam dəstək verir. Ölkəmiz bu layihədən yararlanmaq üçün addımlar atacaq".

 


Yazarlar