Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

"TANAP qardaşlığa sərmayədir" - Berat Albayrak

  14
19:35 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

"Azərbaycan qazının Türkiyəyə və buradan Avropaya nəqli üçün inşa olunan Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) qardaşlığa sərmayədir”

Paralel.az xəbər verir ki, bunu Eskişəhərin Seyidqazi rayonunda (Türkiyə) TANAP-ın I hissəsinin açılış mərasimində Türkiyənin enerji və təbii sərvətlər naziri Berat Albayrak bildirib.

"Enerjinin İpək Yolu adlandırılan TANAP-ın açılış mərasimi keçirilir. Türkiyə, Azərbaycan və Gürcüstan arasındakı regional əməkdaşlıq, yeni qitələrə çataraq qlobal əməkdaşlığa çevrilir”, - deyə o, qeyd edib.

Nazirin sözlərinə görə,TANAP fəal enerji siyasətlərinin əksidir: "Bu layihə maddi və xüsusiləmənəvi baxımdan dəyərlidir, 100ilin layihəsidir. Bu, həm də qardaşlığa sərmayədir. İki dövlət, bir millət deyimi sərhəldəri aşır. İki ölkənin gələcəyə buraxacağı ən böyük mirasdır. Layihədə əməyi olmuş hər kəsə, o cümlədən Prezident  İlham Əliyevə təşəkkür edirəm, Azərbaycanın keçmiş energetika naziri Natiq Əliyevə Allahdan rəhmət diləyirəm".

B.Albayrak həmçininqeyd edib ki, TANAP enerji təhlükəsizliyi böyük töhfə verəcək.(report.az)


Yazarlar