Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Vətəndaş cəmiyyəti milli
rəngarəngliyimizi qoruyur

  122
19:06 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Azərbaycan xalqının digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindədir

 Bildiyiniz kimi, Azərbaycanda multikultural dəyərlər hər zaman dövlət tərəfindən qorunub, inkişaf etdirilib və təbliğinə geniş imkanlar yaradılıb.

Özünün etnoqrafik rəngarəngliyi ilə seçilən Azərbaycan ərazisində tarixən Azəri türkləri ilə yanaşı dağ yəhudiləri, tatlar, talışlar, kürdlər, malakanlar, ingiloylar, saxurlar, avarlar, ləzgilər, xınalıqlılar, buduqlular, qrızlar və başqa azsaylı xalqlar və etnosların nümayəndələri bir ailə kimi yaşayıblar. Bu xalqlar və etnik qruplar Azərbaycan ərazisində yaşadıqları bütün dönəmlərdə heç bir təzyiq və təhdidə məruz qalmadan özünəməxsus fərqli mədəniyyətlərini də qoruyub saxlaya biliblər. Onların mədəniyyətinə, adət-ənənələrinə, dininə yüksək səviyyədə diqqət və qayğı göstərilib, həmin dəyərlərin hərtərəfli inkişafı üçün dövlət tərəfindən geniş imkanlar yaradılıb. Müstəqillik dövründə Azərbaycanda həyata keçirilən yeni mədəniyyət siyasəti multikultural və tolerantlıq dəyərlərinin qorunmasına, bəşəri birgəyaşayışın təbliğinə əsaslı stimul yaradıb.

Bu da məlum həqiqətdir ki, Azərbaycan xalqının tarix boyu digər mədəniyyətlərə dözümlü münasibəti onun təbiətindən, insanpərvərliyindən və xoşməramlılığından irəli gəlir. Ölkəmizdə fərqli mədəniyyətlərin yanaşı və birgə yaşaması, azsaylı xalqlara öz etnik-mədəni dəyərlərini qoruması üçün hər cür şəraitin yaradılması bir çox dünya dövlətlərinin Azərbacana səfər edən nümayəndələrində ciddi təəccüb yaradır və onlar Azərbaycanın həqiqətəndə tolerant ölkə olduğunu etiraf edirlər. Məsələn, Bakı Humanitar Forumunda iştirak edən rusiyalı nümayəndə Azərbaycanda multikulturalizmin inkişafı barədə belə fikir söyləyib: "Planetimizdə başqa elə bir bölgə yoxdur ki, buradakı kimi onlarca xalq çox uzun müddət birlikdə yaşamış olsun. Bu füsunkar çoxçalarlılıq bütün bəşəriyyətin dəyərli xəzinəsi hesab oluna bilər".

Bu birgəyaşayışın, tolerantlığın və multikulturalizmin nəticəsidir ki, ölkəmizdə  bu gün ümumilikdə 80-dən çox etnosun nümayəndələri yaşayır.

 Bu xalqların və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi məqsədilə ölkəmizdə iki ildən bir azsaylı xalqların incəsənət festivalı keçirilir. Bu tədbirlərin böyük əksəriyyətini dövlət qurumları həyata keçirir. Biz dəfələrlə yazılarımızda qeyd etmişik ki, Azərbaycanda multikulturalizmin və tolerantlığın qorunması, inkişaf etdirilməsi və təbliğində dövlət orqanları, müxtəlif ictimai-siyasi qurumlarla yanaşı, ölkəmizin ərazisində fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da (QHT) fəal iştirak edirlər. Belə təşkilatlardan biri də, "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyidir. Bu gün biz İB-nin bu sahədə fəaliyyətindən bəhs edəcəyik.  

Keçən ay "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi "Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək" layihəsinin icrasına başlayır. İB-nin yaydığı məlumata görə, AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən layihə mayın 1-dən avqustun 31-dək davam edəcək. 

Məlumatda o da qeyd olunur ki, layihədə müxtəlif mədəni qrupları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərlə əməkdaşlıqdan, onların etnoqrafiyası, incəsənəti və ənənələrini əks etdirən məqalələrin hazırlanması, bədii-özfəaliyyət kollektivlərinin fəaliyyətinin monitorinqi, görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında informasiyaların toplanması, dilləri, mədəniyyətləri, məişətlərinin qorunmasında dövlətin gördüyü işlərin ictimailəşdirilməsindən söhbət gedir. 

Layihənin məqsədi müxtəlif mədəni qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində araşdırılmayan və yaxud da çox az tədqiq olunan tərəflərini araşdırmaq, bu zaman ilk növbədə müstəqillik illərində dövlətin bu sahəyə diqqət və qayğısını öyrənib təbliğ etməkdən ibarətdir.

Məlumatda qeyd olunur ki, layihə çərçivəsində müxtəlif etnik qrupların, azsaylı xalqların dillərinin, mədəniyyətlərinin, məişətinin qorunmasında dövlətin gördüyü işlər təbliğ və təşviq olunacaq. Bu sahədə dövlətin gördüyü işlər internet media və sosial şəbəkələr vasitəsi ilə ictimailəşdiriləcək. Mədəni qrupların dilləri, təhsilləri, mədəniyyətləri, mətbuatının ayrı-ayrı sahələri cəmiyyətə təqdim olunacaq, bu sahədə geniş təbliğat işləri aparılacaq.

Layihə çərçivəsində həmçinin azsaylı xalqları təmsil edən mədəniyyət mərkəzləri və cəmiyyətlərin monitorinqi aparılacaq. Onların etnoqrafiyası, incəsənəti və ənənələrini əks etdirən məqalələr hazırlanacaq, bədii-özfəaliyyət kollektivlərinin fəaliyyəti, onların musiqi alətləri və texniki avadanlıqlarla təhciz olunması məsələləri araşdırılacaq. Müstəqillik illərində etnik qruplara və azsaylı xalqlara multikulturalizim və tolerintlıq sahəsində göstərilən dövlət dəstəyi araşdırılacaq, monitorinqin nəticələri KİV-lər vasitəsi ilə ictimaiyyətə çatdırılacaq. Bundan əlavə azsaylı xalqların təmsilçilərinin iştirakı ilə Cəlilabad (ruslar - malakanlar) və Masallı (talışlar) şəhərlərində tədbirlər təşkil olunacaq.  Bu tədbirlərdə Cəlilabadda yalnız orada yaşayan ruslar, Masallıda talışlar, Bakıda isə bu mövzuda yazan jurnalistlər və ekspertlər iştirak edəcəklər.  

Toplantılarda iştirakçıları azsaylı xalqların kollektivlərinin, yalnız, rayon deyil, həmçinin, ümumrespublika mədəni tədbirlərində iştiraka təşviq olunacaq, adət-ənənələri müzakirə ediləcək. Azsaylı xalqların görkəmli mədəniyyət və incəsənət xadimləri haqqında informasiyalar toplanacaq.

Azsaylı xalqları təmsil edən gənclərin, KİV nümayəndələrinin və ekspertlərin iştirakı ilə yekun Dəyirmi masa təşkil olunacaq. Bakı şəhərində təşkil olunan yekun tədbirdə - Dəyirmi masada mədəni qruplardan yazan, multikulturalizm sahəsi ilə məşğul olan ekspertlər iştirak edəcək.

"Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyi Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının "Azərbaycanda yaşayan xalqların mədəniyyətlərinin təbliği və dövlətin bu istiqamətdə gördüyü işlərin ictimailəşdirilməsinə dəstək" layihəsi çərçivəsində "İnternet mediada və sosial şəbəkələrdə birgəyaşayışın təbliği" mövzusunda görüş keçirib. İB-dən verilən məlumata görə, görüşdə jurnalistlər və milli azlıqları təmsil edən mədəniyyət mərkəzlərinin gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər.

"Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin sədri Niyaz Niftiyev tədbirdə çıxış edərək bildirib ki, layihənin məqsədi müxtəlif mədəni qrupların vahid vətəndaş cəmiyyətinə inteqrasiyası istiqamətində fəaliyyətdən ibarətdir: "Təəssüf ki, bu gün sosial şəbəkələr nəzarətsizdir. Bu da bəzi separatçı qruplara əlavə meydan deməkdir. Həmçinin Rusiya mediasında tez-tez Azərbaycanın multikultural siyasətinə kölgə salmaq və sabit etnomühitə zərbə vurmaq cəhtləri hiss olunur. Digər tərəfdən, milli azlıqlara aid media orqanları ilə bağlı xüsusi araşdırmaya ehtiyac var, həmin media orqanları monitorinq olunmalıdır, çünki bu media orqanlarının oxucu auditoriyası spesfikdir - yəni birbaşa milli azlıqların nümayəndələridir. Bu sahə ilə məşğul olan jurnalistlərin ixtisaslaşmasına da ciddi ehtiyac var. Niyazi Niftiyev daha sonra qeyd edib ki, mətbuatda bütün multikultural spektr əhatə olunmalıdır. Azərbaycan KİV-lərində azsaylı xalqları təmsil edən 10-larla jurnalist var və biganəlik onların pərdəarxası haqlı narazılığına səbəb ola bilər: "Bəzən görürük ki, TV və radiolara, qəzetlərə yalnız bir-iki xalqın nümayəndələri çağırılır, digərləri nəzərə alınmır".

Daha sonra çıxış edən Jurnalist Ekspert Mərkəzinin sədri Ceyhun Musaoğlu bildirib ki, Azərbaycandakı miltikultural mühit bütün dünyaya nümunədir və bu barədə beynəlxalq təşkilatlar dəfələrlə müsbət fikirlərinin bildiriblər. Bizim vəzifəmiz odur ki, Azərbaycandakı multikultural mühitə xələl gətirən hər hansı fikrə qarşı münasibət bildirək: "Əsasən də gənclər sosial şəbəkələrdə vətənimizdə yaşayan xalqlar barəsində aşağılayıcı ifadələr işlədənlərə, yaxud bu xalqların haqlarının pozulduğu ilə bağlı böhtan danışanlara, faktlarla cavab verməlidir. Bu cavablar miltikulturalizmə həsr olunan kitablarda əksini tapıb".

Layihənin eksperti, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə qeyd edib ki, müasir multimədəni cəmiyyətlər kulturoloji strategiyaya əsaslanan düşünülmüş multikulturalizm siyasəti olmadan inkişaf edə bilməzlər. Bunun sübutu kimi Azərbaycanda mövcud olan inkişafı göstərə bilərik. "Burada Azərbaycan milli mədəniyyətinə inteqrasiya olan müxtəlif xalqların mədəniyyətləri harmonik inkişaf edir".

Bütün qeyd olununlardan belə nəticə çıxarmaq olar ki, Azərbaycanda mövcud multikultural və tolerant mühitin qorunmasında və inkişaf etdirilməsidə, dövlət qurumları ilə yanaşı qeyri-hökumət təşkilatları da aktiv iştirak edirlər və səmərərli nəticələrə nail olurlar. Çünki QHT-lər də ölkənin inkişafında fəal iştirak edən ictimai institutlar kimi, cəmiyyətə böyük təsir imkanlarına malikdirlər. Bu gün ölkəmizdə mövcud olan sabitlik və harmoniya da, dövlət və cəmiyyətin vəhdətindən irəli gəlir ki, onu qorumaq da hər birimizin vəzifəsidir.

 Yazının hazırlanmasında "Kamillik" Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin məlumatlarından istifadə olunub.

  

“Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar