Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

DİN avtomobil sahiblərinə müraciət etdi: “...oğurlana bilər!”

  27
17:40 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Daxili İşlər Nazirliyi nəqliyyat vasitələri sahiblərinə müraciət edib. Paralel.az xəbər verir ki, müraciətdə bildirilib ki, xüsusilə havanın qaranlıq vaxtı avtomobillərini parklayarkən, o cümlədən qısa müddətdə tərk edərkən, eləcə də, avtoyuma yerlərində və təmir sexlərində saxlayarkən salonda nəzarətsiz qalan qiymətli əşyalar, sənədlər bəzi zəif iradəli, kriminala meyilli şəxslər tərəfindən oğurlana bilər.


“Belə halların qarşısının alınması üçün sürücülərə  tövsiyə olunur ki, pul, telefon və digər qiymətli əşyaları, şəxsi sənədləri avtomobili tərk edərkən özləri ilə götürsünlər və mümkün qədər nəqliyyat vasitələrini diqqətdən və nəzarətdən kənar ərazilərdə deyil, Təhlükəsiz Şəhər kameralarının əhatə və görüntü dairəsində, küçə və həyətlərin işıqlı ərazilərində saxlasınlar”.


Yazarlar