Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Koroğlunun heykəli Milli Məclisdə mübahisə yaratdı

  53
17:35 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

“Şah İsmayıl Xətai Azərbaycanı qurub. Onun abidəsini Bakının Xətai rayonu, Yusif Səfərov küçəsində yol ortasına qoyublar. Bir turist şəkil çəkdirmək istəsə, onu maşın vurub öldürəcək”.

 

Paralel.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib. S.Novruzov vurğulayıb ki, Koroğlu kimi qaçağın abidəsini parkın ortasına, Şah İsmayıl Xətainin heykəlini isə yolun ortasında yerləşdiriblər.

 

“Bu, düzgün deyil. Tariximizə sahib çıxmalıyıq”. Oqtay Əsədov isə S.Novruzova cavab olaraq deyib ki, Koroğlu qaçaq olmayıb. “Etnoslarımıza sataşmayın!”


Yazarlar