Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Rahib Qərib  “Real” TV-dən niyə ayrıldı?..  

  14
17:20 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Tanınmış hərbi jurnalist  Rahib Qərib  “Real” TV ilə yollarını ayırıb.

Paralel.az saytı xəbər verir ki, bu barədə məlumatı jurnalist özü də təsdiqləyib. O, saytımıza açıqlamasında “Real” TV-dən uzaqlaşmaqla,  heç də  jurnalistikadan uzaqlaşmadığını, əksinə,  sərbəst fəaliyyətə başladığını bildirib:

“34 illik jurnalist fəaliyyətim var. Bu nüddətdə rəsmi mətbuatda, rayon qəzetində, “Azərbaycan” Nəşriyyatında, AzTV-də, daha sonra Müdafiə Nazirliyinin  kino-telestudiyasında çalışmışam. İndi isə sərbəst fəaliyyət göstərmək istəyirəm, ilk dəfə “Youtube” üzərindən  1992-cı  ildən müharibə şəraitində yaşayan  Azərbaycanın  “teleməkanı necə olmalı!" nümunəsini göstərəcəyəm. 

“Real” TV-də isə lazımi qədər – iki ay fəaliyyət göstərdim.  Amma mən daha geniş  çapda fəaliyyətimi “Real”da reallaşdıra bilmədiyimi gördüyüm üçün  müstəqil və  sərbəst işləməyi seçdim”.


Yazarlar