Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Reyd keçirildi – 812 manatdan çox ZİYAN...                   +

  14
17:00 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları  tərəfindən respublika ərazisində yerli meşə materiallarının qanunsuz yolla əldə edilməsi, daşınması və satışı hallarının qarşısının alınması məqsədilə növbəti reyd keçirilib. 

Bu haqda Paralel.az-a nazirlikdən bildirilib.

Quba rayonu ərazisində keçirilən reyd zamanı Zərdabi qəsəbəsi ərazisində Taleh Qəribova məxsus yeşik hazırlanan sexdə qanunsuz yolla əldə edilmiş 4,7 m3 həcmində fıstıq cinsli meşə materialı aşkar edilib.

Faktla bağlı qanun pozucusu barəsində akt tərtib olunub və ona 812,35 manat məbləğində ziyan tətbiq edilib.

 


Yazarlar