Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakı metrosunda relsə çıxan qız - “Təhlükəli kadr”ın necə çəkilidiyi açıqlandı - FOTO

  13
16:55 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

“Bakı Metropoliteni” QSC sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilən xanımın “Nərimanov” stansiyasında relslərin üzərində çəkilmiş şəkillərinə aydınlıq gətirib.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəis müavini Bəxtiyar Məmmədov Paralel.az-a bildirib ki, bu, film çəkilişlərindən olan kadrlardır:

 

““Addım” gənclər təşkilatının müraciəti və "Bakı Metropoliteni" QSC-nin rəhbərliyinin rəsmi icazəsi əsasında “Gənclik” və “Nəriman Nərimanov” stansiyalarında “Qaynana” filminin çəkilişləri aparılıb.

 

B.Məmmədov deyib ki, fotokadrlar həmin çəkiliş qrupunun üzvlərindən birinindir:


“Çəkiliş gecə saatlarında təmas relsindən gərginlik çıxarıldıqdan sonra aparılıb. Çəkiliş qrupunun üzvləri hər hansı bir təhlükə ilə üz-üzə olmayıb. Çəkiliş normal şəraitdə başa çatıb”.

 


Yazarlar