Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İranda bu qızı zorlayıb, edam etmək istəyirlər

  86
16:00 12-06-2018
Şriftin ölçüsünü dəyiş  

Sosial şəbəkələrdə İran vətəndaşı olan bir xanımla bağlı məlumat yayılıb. Paralel.az xəbər verir ki, iranlı sosial şəbəkə istifadəçilərinin paylaşdığı məlumatda bilıdirilir ki, Zəhra Haşimi ad-soyadlı xanımı zorlayıb, sonra edəm edəcəklər.

“İran qanunlarına görə, bakirə qızların edamı qadağandır, buna görə də ölümə məhkum olunmuş bakirə qızları edamdan öncə zorlayırlar”.

Edamın səbəbinə gəldikdə, xəbərdə bildirilib ki, xanım zorlanmaya qarşı dirənib və zorlayana ciddi xəsarət yetirib, onu  öldürüb.

“Qız onu zorlamaq istəyənə müqavimət göstərərək ciddi xəsarət yetirib və nəticədə təcavüzçü ölüb. İran məhkəməsi də qıza ölüm hökmü kəsib. Zorlayan və ölən şəxs də İranın Milli Təhlükəsizlik Nazirliyinin (ETTELAAT) keçmiş əməkdaşıdır. Zəhranın ailəsi edam vaxtını bir həftə daha təxirə salmaqa müvəffəq olub. Zəhranın ailəsi dünya ictimaiyyətindən yardım istəyir!”,-deyə məlumatda vurğulanır


Yazarlar