Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda bu texnikadan cəmi 7 dənədir

  93
12:25 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Azərbaycan Yaşıllaşdırma Landşaft Quruluşu Açıq Səhmdar Cəmiyyətinin balansında 7 ədəd xüsusi təyinatlı ağac köçürən texnika var”.

 

Paralel.az xəbər verir ki, bu sözləri mətbuat konfransında “Azəryaşlandşaft” ASC-nin sədri Ramik Əşrəfov deyib:

 

“Həmin texnikalar vasitəsilə vasitəsilə köküstə yaş ağac və kol bitkilərinin ilin bütün fəsillərində bioloji inkişafına təsir etmədən köçürülməsi mümkündür.

 

Müraciət etdikdə nazirliyin Ekspertiza İdarəsinin rəyi, tələbləri və ASC ilə bağlanmış müqavilə əsasında ağacların kök torpağı ilə birgə çıxarılaraq daha uyğun ərazilərə köçürülməsi təmin edilir”.

 

R. Əşrofov deyib ki, 2018-ci ilin 4 ayı ərzində müxtəlif qurumlardan daxil olmuş müraciətlər əsasında 69 ədəd ağac tingləri ərazilərə köçürülüb.


Yazarlar