Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanda bir gündə 2 min kubmetr dəniz suyu duzsuzlaşdırılır

  135
12:05 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

“Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər Dənizi Suyunun Duzsuzlaşdırılması Kompleksinə daxil olan dəniz suyunun duzlaşdırılması zavodu 2013-cü ildən fəaliyyətə başlayıb və sutkalıq gücü 2000 kubmetr təşkil edir”.

 

Paralel.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında ETSN Ekologiya və Təbiəti Mühafizə Siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə deyib.

 

O bildirib ki, müəssisədə bugünədək 389634 kubmetr həcmində dəniz suyu qəbul edilib və bundan 1687995 kubmetr həcmində təmiz su istehsal olunub.

 

Şöbə müdirinin sözlərinə görə, istehsal olunan sudan Ələt-Salyan avtomobil yolunun ətrafında salınmış yaşıllıqların və kompleksin tərkibində yaradılmış tinglik sahələrinin suvarılmasında istifafə edilir.

 

“Kompleksə daxil olan ərazidə 4 hektar tinglik sahəsi salınıb. Burada 1 miıyondan çox müxtəlif cinsli əkin materialları yetişdirilir. 2017-ci illdən başlayaraq tinglikdə aqrobağların salınmasında istifadə etmək üçün müxtəlif meyvə tinglərinin yetişdirilməsinə başlanılıb”.

 


Yazarlar