Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bayram gəlir: “Maşın şou” efirə çıxır

  165
10:45 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

Mülatif Adurov
Azərbaycan Prezidentinin 
fərdi təqaüdçüsü


Bəlkə də mübaliğəli bənzətmədir: efirə gedən verilişi bayram kimi təqdim etmək şişirdilmiş cəhddir. Fakt budur ki, bu veriliş Azərbaycanın hər yerində bayram kimi qarşılanır , onun növbəti dəfə efirə çıxacağı günü səbirsizliklə gözləyirlər. Ola bilər ki, əməkdar artist, fenomen aparıcı Murad Dadaşovun məharətinə, səmimiyyətinə, doğma dildə səlis səslənən ifadələrinə ... görə tamaşaçılar  verilişin intizarındadırlar. Konkret gün məlum oldu: “Maşın şou” mayın 29-da efirə şıxacaq, hər gün saat 22-də başlayacaq verilişin sonuncu günü hələlik dəqiq olmasa da, tamaşaçılar xeyli müddət ekrandan ayrılmayacaqlar. Hələlik iştirakçıların kimlər olacağı gizli saxlanılır.


“Gizli” dedim, bir “gizli”dən də danışmaq yerinə düşər. Təkrar edirəm ki, Murad Dadaşov səmimi aparıcıdır, dilində sünilik yoxdur, bəzi aparıcılar kimi yersiz, şit gülüşlərə şərait yaratmır. Amma onun bir “gizli” səyi tamaşaçıları qane etmir. Bu barədə çox narazılıqlar eşitmişəm. Nə isə, mətləbə keçək.       


Veriliş başa çatarkən qalib bir neçə gün gizlədilir. Niyə? Guya bu da bir şoudur. Təəssüf ki, verilişin təşkilatçıları elə bilirlər ki, son anda qalibi elan etmək sürpriz olar. Halbuki, elə iştirakçılar özləri qalibin adını özləri bilmədən sızdırırlar. Digər tərəfdən, gecənin bir vaxtı da qalib müəyyənləşsə, bundan bütün Bakı əhalisi, bütün Azərbaycan xəbər tutur. Final gecəsi isə aparıcı da, digər iştirakçılar da süni yalanla qarşılaşırlar və bu, baxışlardan da aydın sezilir. Tamaşaçı ilə ünsiyyət səmimi  olmalıdır. Qalibi vaxtında elan etmək verilişin maraqlılığına xələl  gətirmir , əksinə, rəğbət qazanılır.

Bəlkə bu təklif barədə yenidən düşünəsiniz, Murad bəy! Gizlinlik heç bir effekt vermir. Vallahi-billahi...


Yazarlar