Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Malayziyanın eks-baş nazirinin 72 çantası müsadirə edildi

  155
10:10 18-05-2018
Şriftin ölçüsünü dəyiş  

Malayziyanın eks-baş naziri Nəcib Razakdan içərisi qızıl-zinət əşyaları və pullarla dolu 72 çanta müsadirə olunub.

 

Paralel.az “The Star” qəzetinə istinadən xəbər verir ki, Malayziyanın hüquq mühafizə orqanları eks baş nazirə aid bir neçə obyektdə apardıqları axtarışlar zamanı bu əşyaları müsadirə ediblər.

 

Nəşrin məlumatına görə axtarışlar Razaka aid bir neçə iqamətgahda və ofisində aparılıb.

 

“Biz içərisində 284 qutu olan dizayner çantaları aşkarladıq. Yoxlamalardan sonra məlum oldu ki, 72 çantada içərisində həmçinin Malayziya və ABŞ valyutaları daxil müxtəlif ölkələrin valyutaları, saatlar və zinət əşyaları olub”- iqtisadi cinayətlərin araşdırılması üzrə polis şöbəsinin müdiri Datuk Seri Amar Sinqx bildirib.

 

Aşkarlanan əşyaların ümumi dəyəri haqda məlumat verilməyib. Lakin həmin çantaların premium brendlər olan “Louis Vuitton” və “Birkin” markalarına aid olduğu bəllidir.

 

Əvəz ZEYNALOV


Yazarlar