Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan neftinin SON QİYMƏTİ

  140
23:20 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 78,82 dollar/barel təşkil edib ki, bu da çərşənbə axşamına olan göstəricidən 0,46 dollar/barel azdır. Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti mayın 16-da 78,17 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,48 dollar/barel azdır.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti mayın 16-da 75,08 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,02 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə mayın 16-da 78,24 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,52 dollar/barel azdır.


Yazarlar