Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Cəlil Məmmədquluzadənin ev muzeyi yenilənir 

  143
22:35 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Görkəmli yazıçı, dramaturq, publisist, ictimai xadim, Şərqdə ilk satirik jurnal - “Molla Nəsrəddin”in yaradıcısı Cəlil Məmmədquluzadənin ev muzeyində yeni ekspozisiyasının yaradılması ilə əlaqədar təmir-bərpa və bədii-tərtibat işləri başlayıb.

 

Modern.az-ın  məlumatına görə, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Vuqar Zeynalov burada görülən işlərlə yaxından tanış olub və muzeyin kollektivi ilə görüş keçirib. V.Zeynalov qeyd edib ki, maddi mədəniyyət nümunələrinin qorunub saxlanıldığı muzeyin bərpasında məqsəd onun fəaliyyətinin müasir prinsiplər əsasında yenidən qurulması və görkəmli ədibin həyatı, yaradıcılığı ilə maraqlananların dolğun məlumatlar əldə etməsi üçün rahat şəraitin yaradılmasıdır. Muzey qısa zamanda yenilənərək ziyarətçilərin üzünə açıq olacaq.

 

Həmçinin, görüş zamanı C.Məmmədquluzadənin ev muzeyinin direktoru, əməkdar mədəniyyət işçisi Pərixanım Mahmudova 70 illik yubileyi münasibəti ilə Baş İdarənin Fəxri Fərmanı ilə təltif edilib.


Yazarlar