Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Suriyada 70 fransalı hərbçi tutuldu

  108
22:25 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Bəşər Əsəd ordusu YPQ/PKK terrorçularına dəstək məqsədi ilə Suriyada döyüşən bir qrup fransalı hərbçini saxlayıb.

 

Paralel.az-ın məlumatına görə, Əsədə sadiq qüvvələr Hasəkə əyalətinin Qamışlı rayonunda 70-ə yaxın fransalı hərbçini tutub. Hərbçilər iyirmi cipdən ibarət karvanla Deyr-əz-Zor istiqamətində hərəkət edib.

 

Onlar YPQ/PKK-nın nəzarətində olan nəzarət buraxılış məntəqəsindən keçmək əvəzinə alternativ marşrutla hərəkət edib və beləcə Əsəd rejiminin blokpostuna düşüb.

 

Fransız hərbçilər sorğu-sual edildikdən sonra YPQ nümayəndələri blokposta yaxınlaşıb və hərbçilərin İŞİD-ə qarşı mübarizədə onlara dəstək göstərdiklərini təsdiq edib.

 

Danışıqlardan sonra fransızlar sərbəst buraxılıb və hərbçiləri daşıyan karvan Qamışlının rayon mərkəzinə geri dönüb. (oxu.az)


Yazarlar