Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Fuad Muradov Rumıniyanın Azərbaycandakı səfiri ilə GÖRÜŞDÜ

  180
18:50 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovla Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku və missiya rəhbərinin müavini Kristian Koroma arasında görüş baş tutub.

 

Dövlət Komitəsindən Paralel.az-a verilən məlumata görə, F.Muradov görüşdən məmnunluğunu ifadə edib.

 

F.Muradov Azərbaycan və Rumıniya arasında siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi barədə danışıb, iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb, həmçinin DİDK ilə Rumıniyanın eyni dövlət oqranı arasında əlaqələrinin qurulması və əməkdaşlığın inkişaf etdirilməsinin perspektivlərindən danışıb.

 

Qeyd olunub ki, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycanla Rumıniya arasında ikitərəfli əlaqələrin inkişafını daim yüksək qiymətləndirib.

 

Görüş zamanı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə dünya ictimaiyyətinin biganəliyi və münaqişənin həlli istiqamətində ikili yanaşmanın hələ də davam etməsi barədə məlumat verilib.

 

Səfir Azərbaycanla Rumıniya arasında əlaqələrin bütün sahələrdə yüksək səviyyədə inkişaf etdirilməsindən razılığının ifadə edib. Səfir həmçinin Azərbaycanda rumın, Rumıniyada isə Azərbaycan icmasının sayının az olmasına baxmayaraq diaspor sahəsində əməkdaşlığın gücləndirilməsinin gələcəkdə ölkələr arasında münasibətlərə mühüm töhvə verə biləcəyini qeyd edib. Səfir Xaricdə yaşayan Rumınlarla iş üzrə Nazirlik ilə DİDK arasında əməkdaşlığın daha da möhkəmlənməsi, təcrübə mübadiləsinin aparılmasının vacibliyi məsələsinə toxunub. O həmçinin Xaricdə yaşayan Rumınlarla iş üzrə Nazirlik ilə xaricdəki rumın icması arasındakı əlaqələrin qurulması və onlarla işin aparılması, birgə əməkdaşlığın həyata keçirilməsi barədə də danışılıb.

 

Bununla yanaşı görüşdə iki ölkə arasında enerji sahəsində həyata keçirilmiş layihələr, Azərbaycanın Trans-Anadolu (TANAP) və “Trans-Adriatik” (TAP) qaz boru kəmərlərində iştirakı da diqqətdə saxlanıllıb.


Yazarlar