Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Zavod 20 min, vəzifəli şəxslər isə hərəsi 3.5 min manat CƏRİMƏLƏNDİ

  131
17:35 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Neft Emalı Zavodunda texnoloji prosesin pozulması nəticəsində Bakının bəzi rayonlarında xoşagəlməz qoxu ilə bağlı artıq  qanunamüvafiq tədbirlər görüb.

 

Bu haqda Paralel.az-a nazirliyin mütəxəssisi Mirsalam Qənbərov bildirib.

 

Onun sözlərinə görə, zavod  hüquqi şəxs qismində 20 min, sex rəisləri isə vəzifəli şəxs qismində hər biri 3,5 min manat məbləğində cərimə edilib.

 

“Zavodda texnoloji reqlament normalarının gözlənilməsi, əmələ gələn tullantıların qanunamüvafiq idarə olunması, qurğu və avadanlıqlarda modernizasiya işlərinə başlanılması üçün artıq onlara xəbərdarlıq edilib. Bu işlər görülməzsə yenidən zavoda qarşı qanunamüvafiq tədbirlər görüləcək.

 

Mənbələrdən atılmalara nəzarət etmək məqsədilə elektron monitorinq sisteminin tətbiq olunması ilə bağlı zavod rəhbərliyinə tövsiyələr verilib”-deyə M.Qənbərov qeyd edib.


Yazarlar