Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

AŞPA Daimi Komitəsi Azərbaycandakı seçkiləri müzakirə edəcək

  129
14:45 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsi bu ilin iyunun 1-də Xorvatiyanın paytaxtı Zaqrebdə toplanacaq.

 

Paralel.az AŞPA-ya istinadən xəbər verir ki, iclas Xorvatiyanın qurumun Nazirlər Komitəsinə sədrliyi ilə bağlıdır.

 

Parlamentarilər növbəti 6 ay üçün (May-noyabr) AŞPA-nın Nazirlər Komitəsinə sədrlik edəcək Xorvatiyanın xarici və Avropa işləri naziri Mariya Pejcivoniclə fikir mübadiləsi aparacaqlar.

 

İclasın gündəliyində həmçinin Azərbaycan və Montoneqroda keçirilən prezident seçkilərinin müşahidəsi, terrorizmə qarşı mübarizə,siyasətdə müxtəlifliyin və bərabərliyin təşviqi, Avropada əlilliyi olan məhbuslarla bağlı məsələlər daxildir.

 


Yazarlar