Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda “Çərçivədən kənar mənsubiyyət” fotosərgisi KEÇİRİLİR +

  160
11:45 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ-ın Azərbaycandakı səfirliyi Edvard Körtisin 52 əsərdən ibarət “Çərçivədən kənar mənsubiyyət” adlı fotosərgisini məmnuniyyətlə Azərbaycan ictimaiyyətinə təqdim edir.

 

Səfirlikdən Paralel.az-a verilən məlumata bgörə, sərgi 17-22 may tarixlərində Azərbaycan Xalça Muzeyində keçiriləcək. Sərgiyə giriş sərbəstdir.

 

Yerli Amerika insanları və mədəniyyəti barədə əsas hekayəçi olan Edvard Şeriff Körtis (1868–1952) amerikan mədəniyyəti tarixində unikal yer tutur.

 

Yerli amerikalıların həyatını sənədləşdirmək həvəsinə düşən Körtis Sietldə uğur qazandığı öz foto studiyasını tərk etmiş və bütün həyatını  bu layihəyə həsr edib.

 

Edvard Körtis 1900–1930-cu illər arasında Şimali Amerikada 80-dən çox qəbiləni ziyarət edib, on minlərlə fotoşəkil və səs yazısı, habelə  yarım milyondan çox sözdən ibarət mətn ərsəyə gətirib. Nəticədə Amerika həyatının mühüm hissəsinin vizual tarixi kimi bu gün də məhşur olan yerli amerikalılar barədə 20 cildlik şah əsəri yaradılıb.

 

“Fundamental prinsiplər və idealları sayəsində zamanının proqressiv liderlərindən biri olmuş Azərbaycan Demokratik Respublikasının 100 illik yubileyi ərəfəsində, Amerika Birləşmiş Ştatlar tarixinin sözügedən hissəsi ilə bölüşməkdən qürur duyur. Bu minvalda, Azərbaycan özünün ilhamlandıran nailiyyətlərini qeyd etdiyi bir vaxtda biz daha güclü, daha yaxşı və daha ədalətli cəmiyyətin formalaşmasına təkan verən məqamları vurğulayırıq”-deyə səfirlik bildirib.

 


Yazarlar