Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tramp Rusiyaya qarşı yeni sanksiyalar TƏLƏB ETDİ

  123
11:15 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ prezidenti Donald Tramp Dövlət departamentinə Rusiyaya qarşı əlavə sanksiyaların hazırlanması üçün tapşırıq verib.

 

Paralel.az Ağ Evin rəsmi saytına istinadən xəbər verir ki, yeni sanksiyaların səbəbi Rusiyanın yaxın və orta mənzilli raketlərin məhvi ilə bağlı razılaşmanın şərtlərini pozması göstərilib.

Tramp dövlət katibi Mayk Pampeoya digər nazirlərlə Rusiyaya qarşı yeni sanksiyalarla bağlı hesabat hazırlanmasını tapşırıb. Qaydalara görə hesabatı prezident özü hazırlamalıdır. Lakin, bu dəfə o bu işi nazirlərə həvalə edib.

 

Yeni sanksiyalara tuş gələcək şəxslər bu razılaşmanın şərtlərinin yerinə yetirilməsinin əleyhinə əmr vermiş yüksək çinli məmurlar ola bilər. Konqresə təqdim olunacaq bu hesabatda ABŞ-dakı aktivlərin dondurulması, ölkəyə giriş qadağası həmçinin sənəddə göstərildiyi kimi “prezidentin lazım bildiyi bütün digər məsələlər” baxıla bilər.

 

Qeyd edək ki, bundan əvvəl də bu məsələyə Konqresdə baxılıb. Belə ki, mayın 12-də ABŞ Nümayəndələr Palatasının komitəsi Rusiyanın bu razılaşmaya əməl etmədiyi aşkarlanarsa ABŞ-ın da əməl etməməsini təklif edib.

 

Xatırladaq ki, yaxın (500-1000 km) və orta (1000-5500 km) mənzilli raketlərin məhv edilməsi barəsində razılaşma ABŞ və SSRİ arasında 1987-ci ildə imzalanıb. Razılaşmaya əsasən hər iki tərəf bu növ raketlərin tətbiqi, saxlanması və istehsalından imtina edir və tez bir zamanda qarşılıqlı şəkildə məhv etməyi öhdəsinə götürürlər.

 

Əvəz ZEYNALOV


Yazarlar