Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Senat Trampa qarşı “çirkli hesabat” hazırlayıb

  117
08:35 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ Senatı 2016-cı ildə Trampın seçki kampaniyasının təsmilçiləri ilə Rusiyadan olan nümayəndə heyəti arasında Tramp Tauerdə baş tutmuş gizli görüşlə bağlı sənədləri ictimailəşdirib.

 

Paralel.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

 

2500 səhifədən ibarət sənəddə 2016-cı il prezident seçkiləri ərəfəsində Rusiyalı vəkillə aparılan danışıqlarla bağlı Donald Trampın iki oğlunun izahatı yer alır.

 

Vəkil Nataliya Veselnitskaya görüşdə Kremli təmsil etməsi ilə bağlı ittihamları rədd edir.

 

Görüşdə həmçinin iştirak etmiş Trampın kürəkəni Cəred Kuşner isə istintaq çərçivəsində sorğu sual olunmaqdan imtina edib.

 

Sözügedən görüş  “Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi ilə bağlı” ABŞ ədliyyə nazirliyinin apardığı istintaq çərçivəsində araşdırılır.

 

Senatın ədliyyə komitəsi sənədlərin ölkədə “çirkin qalmaqala” yol açacağını xəbərdar edib. (oxu.az)


Yazarlar