Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

13 yaşlı məktəbli məscidin yaxınlığında intihar etdi  

  121
08:35 17-05-2018
Şriftin ölçüsünü dəyiş  

 

Şamaxı rayonunda məktəbli intihar edib.

 

Paralel.az  APA-ya istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Şamaxı şəhərindəki “Cümə məscidi”nin yanındakı mənzillərdən birində qeydə alınıb.

 

Orada kirayə tutulan evdə valideynləri ilə yaşayan Osmanbəyli kənd sakini olan 13 yaşlı oğlan özünü ağacdan asaraq intihar edib.

 

Məsciddə namaz qılan şəxslər özünü asan uşağı görərək onu təcili olaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırsalar da dünyasını dəyişib.

 

Hadisə yenicə baş verdiyi üçün hazırda ölən uşağın şəxsiyyəti dəqiqləşdirilir. Uşağın adının Zəka olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.


Yazarlar