Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycan multikulturalizminin üstünlüklərini
təbliğ etmək əsas məsələlərdən bilirdir

  166
20:23 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Respublikamızın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği mühüm məsələlərdən biridir

 Ölkəmizdə multikulturalizmin və tolerantlığın inkişafı bizə imkan verir ki, bu sahədə maarifləndirmə işini daha da genişləndirək. Bunun üçün bir çox dövlət qurumları, QHT-lər və İctimai Birliklər qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərirlər.

Bu baxımdan, Qobustan rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə "Mədəni müxtəliflik tolerantlıq müstəvisində" mövzusunda keçirilən konfrans diqqət çəkir. Rayonun Gənclər Mərkəzində keçirilən tədbirdə çıxış edən Bilik Fondunun icraçı direktoru Oktay Səmədov qədim tarixi köklərdən qaynaqlanan tolerantlıq və multikulturalizm dəyərlərinin Azərbaycanda həyat tərzi olduğunu tədbir iştirakçıların diqqətinə çatdırıb. O eyni zamanda qeyd edib ki, bu bəşəri dəyərlərin dövlətimizin istər daxili, istərsə də xarici siyasətində prioritet istiqamətlər kimi qəbul olunur. Dövlət başçısının sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi də, ölkəmizdə bu dəyərlərə verilən xüsusi diqqətin nəticəsidir.

Konfransda o da xüsusi qeyd olunub ki, Azərbaycan müxtəlif sivilizasiyaların qovuşduğu məkan olaraq əsrlər boyu milli-mədəni rəngarənglik mühitinin formalaşdığı, ayrı-ayrı millətlərin sülh, əmin-amanlıq, qarşılıqlı anlaşma şəraitində yaşadığı diyar kimi tanınır, multikulturalizm isə ölkəmizdə artıq alternativi olmayan həyat tərzinə çevrilibi. Tədbirdə Azərbaycanda 60-dan çox millətin nümayəndələrinin yaşadığı, bununla yanaşı, dini zəmində heç bir münaqişənin baş vermədiyi qeyd olunub və bildirilib ki, ölkəmizdə mövcud olan tolerantlıq dəyərləri digər ölkələr üçün də nümunə ola bilər.

Onu da diqqətinizə çatdıraq ki, Azərbaycanda tarix boyu etnik və dini azlıqlar sərbəst yaşayıb, onlara öz mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi üçün bütün şərait yaradılıb. Bu, əsas qanunumuz olan Konstitusiyamızda da öz əksini tapıb. Ötən əsrin 90-cı illərində mədəniyyətlərin, sivilizasiyaların toqquşması kimi nəzəriyyənin meydana çıxması, artıq öz təhlükəli, acı nəticəsini göstərir. Belə bir şəraitdə Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin apardığı multikultural siyasət, heç şübhəsiz ki, bir çox dövlətlər üçün də tolerantlıq və multikulturalizm  nümunəsidir. Buna da heç bir şübhəmiz yoxdur ki, hər zaman özünün tarixi ənənələrdən qaynaqlanan Azərbaycan multikulturalizmi, dünya ölkələrinin fərqli mədəniyyətlərə baxışlarının müsbət mənada dəyişməsinə səbəb olacaq, beynəlxalq aləmdə uğurlu bir nümunə kimi tətbiq ediləcək.

Yalnız ölkəmizdə deyil, eləcə də dünyanın bütün nöqtələrində maarifləndirmə işini gücləndirmək, Azərbaycan multikulturalizminin üstünlüklərini təbliğ etmək əsas şərtlərdən bilirdir. Bunun üçün isə bildiyiniz kimi, maliyyə vəsaitləri əsas şərtlərdən biridir. Dövlətimizin başçısı, perezident İlham Əliyevin ölkədə dini maarifləndirmə və milli-mənəvi dəyərlərin təbliği işini daha da gücləndirmək məqsədi ilə dini icmalara maliyyə yardımı göstərmək məqsədi ilə imzaladığı Sərəncama da, əsasən bu problemin həllinə xidmət edir. Dövlətin diqqət və qayğısın hiss edən dini icmalar da, öz fəaliyyətlərində dönüş etmək, dövlətin onlara göstərdiyi etimadı doğrultmaq əzmindədirlər. Məsələn, Quba rayon II Nügədi kəndi "Hacı Seyid Siracəddin" məscidi dini icması fevralın 9-da "Mədəni müxtəliflik: Multikulturalizmin və tolerantlığın Azərbaycan modeli" layihəsi çərçivəsində "Multikultural cəmiyyətdə birgə yaşayışı şərtləndirən əsas amillər" adlı tədbir keçirib.

Tədbirdə çıxış edən "Hacı Seyid Siracəddin" məscidi dini icmasının sədri qeyd edib ki, dövlət tərəfindən dini icmalara göstərilən qayğı onların fəaliyyətini daha da intensivləşdirir, dini maarifləndirmə işinin aparılması və milli-mənəvi dəyərlərin təbliği üçün geniş imkanlar açır.

DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdiri Eynulla Nurullayev tədbirdə geniş məruzə ilə çıxış edərək bildirib ki, Azərbaycanda mövcud olan multikultural dəyərlərin əsasını tolerant düşüncə təşkil edir. Azərbaycanda yaşayan heç bir şəxsə dininə, dilinə, irqinə və başqa mənsubiyyətlərinə görə fərq qoyulmur. Natiq daha sonra xatırladıb ki,  2016-cü ilin Azərbaycanda "Multikulturalizm ili" elan olması və onun məntiqi davamı olaraq 2017-ci ilin də cənab Prezident İlham Əliyev tərəfindən "İslam Həmrəyliyi İli" elan olunması dünyanın dini problemlər içində boğulduğu bir dövrdə birliyə, əmin-amanlığa, sülhə çağırışdır və tolerantlıq və multikulturalizmin inkişafına döğru atılan  böyük bir addımdır.

O da məlumdur ki, dünyada çox az ölkələr mövcuddur ki, orada monoetnik yaşayış tərzi hökm sürür. Bütün sivil ölkələrdə dini və milli müxtəliflik mövcuddur ki, bu da mədəni müxtəlifliyin yaranmasına gətirib çıxarır. Azərbaycan isə bu dövlətlərin arasında ən gözəl nümunədir desək, yanılmarıq. Bunu ölkəmizdə səfərdə olan çoxsaylı qonaqlar da, hər zaman etiraf edirlər. Bu da ondan irəli gəlir ki, ölkəmizdə dini sahədə həyata keçirilən ideoloji işin müsbət təsiri, artıq bütün cəmiyyətlərdə qəbul olunur və eyni zamanda, ölkəmizdə radikalizmə meyillənmə hallarının azalması müşahidə olunur. Əsrlərlə mövcud olan ənənəvi dini inanclara isə hörmət hissi daha da artıb.

Bunun davamlı olması üçün, maarifləndirmə və təbliğat-təşviqat işlərini təkcə ölkəmizin hüdudlarında gerçəkləşdirməklə iş bitmir. Bəllidir ki, bizm dostlarımız olduğu kimi, düşmənlərimiz də yox deyillər. Onlar Azərbaycanın mövqeyinin beynəlxalq aləmdə möhkəmlənməsindən ciddi əndişələnir və əks-təbliğat və ölkəmizin uğurlarına qarayaxmalar üçün əllərində gələni edirlər. Bunun qarşısının alınmasını bir yolu da, təbliğat-təşviqat işlərini və maarifləndirmə missiyasını xarici ölkələrdə də davam etdirməkdən asılıdır.

Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi, Azərbaycanda yaşayan müxtəlif dini icmaların rəhbərlərindən ibarət nümayəndə heyətinin ABŞ-ın Kaliforniya ştatına səfəri çərçivəsində 14 may 2018-ci il tarixində ABŞ yəhudilərinin ən nüfuzlu dini mərkəzlərindən olan, Los Ancelesdə fəaliyyət göstərən Sinay Sinaqoqunda Azərbaycanın multikulturalizm və dini tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib. Bu cür tədbirlərin əhəmiyyəti çox böyükdür və çalışmaq lazımdır ki, belə tədbirlər davamlı olsun.

Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu və Amerika Yəhudi Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə 300-dək qonaq, o cümlədən xarici ölkələrin Los Ancelesdə akkreditə olunmuş baş konsulları, yerli yəhudi icmasının nüfuzlu təmsilçiləri, müxtəlif dinləri təmsil edən din xadimləri, seçkili orqanların üzvləri, eləcə də bir çox icmaların nümayəndələri, ictimai-siyasi xadimlər və jurnalistlər iştirak ediblər.

Sinaqoqun ravvini Erez Şerman belə bir əlamətdar tədbirə ev sahibliyi etməkdən məmnunluq duyduqlarını ifadə edib.

Tədbirdə çıxış edən Amerika Yəhudi Komitəsinin (AYK) Los Anceles nümayəndəliyinin sədri Skot Edelman Azərbaycanın bütün müsəlman dünyasında oynadığı nümunəvi rolu xüsusi qeyd edərək AYK ilə Azərbaycan arasında qurulan sıx dostluq əlaqələrinə yüksək önəm verdiklərini bildirib. S. Edelman ölkədə müxtəlif dinlərin və xalqların dinc birgə yaşamasının, eləcə də uzun əsrlərdən bəri Azərbaycanda mövcud olan yəhudi icmasına göstərilən münasibətin yüksək səviyyədə olmasının Amerika yəhudiləri arasında böyük rəğbət doğurduğunu söyləyib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da çıxışı zamanı ölkəmizdə tolerantlığın çox möhkəm təməl üzərində bərqərar olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, bu gün ölkəmizdə 31-i qeyri-islam olmaqla, 809 dini icma dövlət qeydiyyatına alınıb. Məhz bu ənənələrin daha geniş təbliği üçün prezident İlham Əliyev tərəfindən 2016-cı il "Multikulturalizm İli", 2017-ci il isə "İslam Həmrəyliyi İli" elan edilib və bu illər çərçivəsində DQİDK və Qafqaz Müsəlmanları İdarəsi həm müsəlman, həm də qeyri-müsəlman ölkələrində bir sıra birgə tədbirlər həyata keçirib.

Həmçinin Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxışında ölkədə mövcud olan zəngin tolerantlıq irsindən bəhs edərək, qədim dövrlərdən bəri Azərbaycanda bütün xalqlar və dinlər arasında mehriban qardaşlıq əlaqələrinin hökm sürdüyünü deyib. Diplomat, Sinay Sinaqoqu və Amerika Yəhudi Komitəsi ilə Los Ancelesdə yaradılan möhkəm dostluq münasibətlərinin ölkə üçün yüksək önəm daşıdığını və bunun Azərbaycanın dinlərarası tolerantlıq modelinin ABŞ-da təbliği işinə yüksək töhfə verdiyini bildirib.

Daha sonra çıxış edən natiqlər də Azərbaycanın tarixi tolerantlıq və multikulturalizm ənənələrindən danışaraq, bu ənənələrin, artıq ölkədə dövlət siyasəti səviyyəsinə yüksəldildiyini vurğulayıblar. Azərbaycanda uzun əsrlərdən bəri dini və etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin sülh, qardaşlıq və əmin-amanlıq şəraitində birgə yaşadığını diqqətə çatdırıblar. Bu Azərbaycan üçün təsadüfi hal deyil, artıq ənənəyə çevrilmiş bir tendensiyadır.

Yazının hazırlanmasında APA və AzərTacın məlumatlarından istifadə olunub.

 “Paralel”in
Araşdırma Qrupu
Yazı Azərbaycan
Respublikasının
Prezidenti yanında
KİV-ə Dövlət Dəstəyi
Fondunun maliyyə
dəstəyilə çap olunub

Yazarlar