Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Azərbaycanlı xanm səfir Bolqarıstanda diplomatlarla ağac əkdi - FOTOLAR   +

  101
12:20 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Görkəmli siyasi xadim Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Bolqarıstan Respublikasındakı Səfirliyinin təşəbbüsü və təşkilatçılığı ilə Sofiya şəhərində yerləşən "Vrana" park-muzeyində Azərbaycandan tədbir üçün xüsusi gətirilmiş 3 şərq çinarı ağacı (Platanus Orientalis) əkilib.  

 

Səfirlikdən Paralel.az-a verilən məlumata görə, ağacəkmə mərasimində Sofiya şəhərinin meri Yordanka Fandıkova, Bolqarıstanın xarici işlər nazirinin müavini Yuri Şterk və turizm nazirinin müavini İrena Georgiyeva, BR Xalq Məclisinin deputatı Andon Donçev, BR Prezidentinin müşavirləri və müxtəlif nazirliklərin nümayəndələri, səfirlər və diplomatik korpusun nümayəndələri iştirak ediblər.

 

Mərasimdə çıxış edən Sofiya şəhərinin meri Y.Fandıkova yubileylər münasibətilə Azərbaycan tərəfini təbrik edərək ağacların əkilməsinin gözəl təşəbbüs olduğunu və Sofiya şəhərinin ətraf mühitinin yaxşılaşdırılmasına bir töhfə kimi qiymətləndirildiyini söyləyib. Mer Vranada mövcud bio müxtəliflikdən söz açaraq Azərbaycandan gətirilmiş şərq çinarlarınin bu parkın zəngin bitki dünyasına xüsusi rəng qatacağını bildirib.

 

Bolqarıstanın xarici işlər nazirinin müavini Y.Şterk cari ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Bolqarıstan ilə Azərbaycan arasında diplomatik əlaqələrinin qurulmasının 26 illiyinin qeyd olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdıraraq Azərbaycan ilə Bolqarıstan arasında əlaqələrin dostluq ruhunda yüksələn xətt üzrə inkişaf etdiyini bildirib.

Y.Şterk 2015-ci ildə Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin imzalandığı və bu sənəd əsasında yaxında yüksək səviyyəli dialoqa başlanılacağını diqqətə çatdırıb.

 

İki ölkə arasında enerji sahəsində sıx əməkdaşlıq əlaqələrindən söz açan nazir müavini 2020-ci ildən etibarən Bolqarıstana 1 milyard kub metr Azərbaycan qazının idxal olunacağını qeyd edib, ölkəmizin Bolqarıstanın qazlaşdırılmasında iştirak imkanlarının nəzərdən keçirildiyini vurğulayıb.

Çıxışı zamanı Y.Şterk tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri olmuş Məhəmmədəmin Rəsulzadənin “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarının Azərbaycan dilində səsləndirməsi dövlətçilik ənənələrimizə hörmət əlaməti kimi tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.

 

Sonda çıxış edən səfir Nərgiz Qurbanova çinar ağaclarının iki ölkə arasında dostluq rəmzi olaraq Azərbaycan üçün tarixi yubileylərlə fərqlənən məhz 2018-ci ildə əkilməsinin xüsusi önəm daşıdığını vurğulayıb. O, cari ildə yaradılmasının 100 illiyinin qeyd olunduğu Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Müsəlman Şərqində və Türk Dünyasında ilk demokratik və dünyəvi ölkə olduğunu, etnik və dini mənsubiyyət və sosial durumdan asılı olmayaraq bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verildiyini bildirib.

N.Qurbanova həmçinin cari ildə Heydər Əliyevin anadan olmasının 95 illiyinin qeyd olunduğunu diqqətə çəkərək, onun fəaliyyəti və ölkəmizin inkişafına verdiyi əvəzolunmaz töhfəsindən bəhs edib.

Səfir Azərbaycan xalqından dost bolqar xalqına bir hədiyyə rəmzi olan şərq çinarı ağaclarının “Vrana” park-muzeyinə gözəl töhfə olacağına və iki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə ilhamlandıracağına dair ümidini ifadə edib.

 

Daha sonra ağaclar əkilib və sulanıb.

 

Qeyd olunmalıdır ki, çinarların əkildiyi “Vrana” park-muzeyi XX əsrin 1-ci yarısında yaradılmış və Bolqar çarları I Ferdinand və III Borisə məxsus 140 hektarlıq mülkün bir hissəsi olmuşdur. Park 2001-ci ildə çar III Borisin oğlu Simeon Sakskoburqotski tərəfindən Sofiya şəhər bələdiyyəsinə hədiyyə edilmişdir. Hazırda 100 hektara yaxın ərazini əhatə edən bu parkda 821 ağac və 435 yaxın bitki növü mövcuddur.   


Yazarlar