Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Alim Qasımov və Fərqanə Qasımova Gəncə Dövlət Filarmoniyasının səhnəsində +

  109
11:10 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsindən növbəti dəfə muğam sədaları yüksəlib. Bu dəfə Azərbaycanın Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Gəncədə möhtəşəm konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, şəhər rəsmiləri, ictimayyət nümayəndələri və muğamsevərlər iştirak ediblər. Alim və Fərqanə Qasımovlar ifa etdikləri muğam parçaları, təsnif, segah və rənglər ilə konsert proqramını əsl musiqi ziyafətinə çeviriblər. Xanəndələrin səsləndirdikləri xalq və bəstəkar mahnıları alqışlarla müşayət olunub.

 

Qeyd edək ki, bu Qasımovların Gəncə tamaşaçıları qarşısında ilk çıxışları olmasa da Gəncə Dövlət Filarmoniyasının böyük səhnəsində ilk konsertləridir.

 

Xalq artisti Alim Qasımov və qızı Əməkdar artist Fərqanə Qasımova Gəncədən əvvəl Çinin paytaxtı Pekində və Türkiyənin paytaxtı Ankarada konsert proqramı ilə çıxış ediblər.


Yazarlar