Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Tramp Paşinyana Qarabağdan DANIŞDI

  158
10:00 16-05-2018
Şriftin ölçüsünü dəyiş  

ABŞ prezidenti Donald Tramp Ermənistanın yeni baş naziri Nikol Paşinyanı yeni vəzifəsi münasibəti ilə təbrik edib.

 

Paralel.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, təbrik məktubunda Tramp Qarabağ məsələsinə də toxunub.

 

“Sizi bu yaxınlarda seçilməyinizlə əlaqədar təbrik edirəm. Sizinlə qarşılıqlı maraq doğuran bir çox sahələrdə, o cümlədən ticarət əlaqələrinin, demokratik institutların və regional təhlükəsizliyin möhkəmləndirilməsi sahəsində sizinlə birgə səylərimizi səbirsizliklə gözləyirəm. Korrupsiyaya qarşı mübarizə, bütün siyasi partiyaların birliyi və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli bu səylərə kömək edəcək və Ermənistanın parlaq gələcəyini təmin edəcəkdir. Sizə və erməni xalqına ən xoş arzularımla” – Tramp bildirib.

 

Əvəz ZEYNALOV

 


Yazarlar