Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Hakim penalti qərarına görə həbs olundu 

  109
20:35 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Serbiyadan olan futbol hakimi Srcan Obradoviç yerli çempionatın 36-cu turu çərçivəsində keçirilən matçda təyin etdiyi iki penaltiyə görə həbs olunub.

 

Mayın 13-də Subotiça şəhərinin “Spartak” komandası öz meydanında “Radniçki”ni qəbul edib. Görüş ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

 

Matçda Obradoviç  Subotiça klubunun xeyrinə bir sıra şübhəli qərarlar çıxarıb: ikinci hissənin əvvəlində referi qonaqların hücumçusuna iki dəfə sarı kart göstərərək, onu meydançadan qovub.

 

Daha sonra isə 13 dəqiqə ərzində “Radniçki”nin qapısına iki 11 metrlik cərimə zərbəsi təyin edib. Hər iki penaltini Nemanya Nikoliç qola çevirib.

 

Hakim  barəsində iki sutkalıq həbs qətimkan tədbiri seçilib. Obradoviç futbol meydanında xidməti vəzifəsindən sui-istifadə etməkdə şübhəli bilinir.


Yazarlar