Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

İsveç “Qüds böhranı”na görə ABŞ-ı ittiham etdi

  146
18:00 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

İsveç Xarici İşlər Nazirliyi Qəzza zolağında baş verən hadisələrə görə ABŞ-ı ittiham edib.

 

Paralel.az “TT” agentliyinə istinadən xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Marqot Valstryom agentliyə müsahibəsində bildirib.

Nazir İsrail və Fələstinlilər arasındakı gərginliyin səbəbinin ABŞ səfirliyinin Yerusəlimə köçürülməsi olduğunu bildirib.

 

“Hamı bu haqda xəbərdarlıq etmişdi, amma yenə də ən azından ABŞ tərəfi bunu etdi. Buna görə də mən hesab edirəm ki, bu hadisədə əsas məsuliyyəti ABŞ daşıyır. Və mən düşünmürəm ki, bu qədər ölü və yaralı olan yerdə bunu bayram etməyə səbəb olsun” – Valstryom bildirib.

 

Jurnalistin İsrail səfirinin Xarici Işlər Nazirliyinə çağırılması və ya Təl-Əvivdəki səfirin geri çağırılması barədə sualına isə nazir ilk növbədə bu məsələnin AB-də müzakirə olunmalı olduğunu bildirib.

 

Əvəz ZEYNALOV


Yazarlar