Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Qəbul imtahanlarının nəticələri bu gün AÇIQLANACAQ  

  131
17:00 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Dövlət İmtahan Mərkəzi (DİM) mayın 13-də  II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanları vermiş abituriyentlərə müraciət edib.

Paralel.az-ın məlumatına görə, DİM bəyan edib ki, 13 may imtahandan dərhal sonra «Space» telekanalında 4 saat müddətində canlı yayımlanan “Abituriyent” verilişində mərkəzin  məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat verilib.

Bundan əlavə test tapşırıqlarının doğru cavab etalonları, sual kitabçaları və test tapşırıqlarının izahı Dövlət İmtahan Mərkəzinin saytında yerləşdirilib.

Mayın 14-dən etibarən isə imtahanda istifadə olunmuş tapşırıqların məzmunu ilə əlaqədar abituriyentlərin müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb və hazırda Komissiya işini davam etdirir.


“Bu gün axşam saatlarında imtahan nəticələrinin elan olunması nəzərdə tutulur. Nəticələr elan olunmamışdan öncə DİM-in “Facebook” səhifəsi və “Youtube” kanalı vasitəsilə yenidən canlı yayım ediləcək. Canlı yayımda 2 gün ərzində Apelyasiya Komissiyasına, eləcə də DİM-in Facebook səhifəsinə və elektron poçtuna imtahanda istifadə olunmuş suallarla bağlı ünvanlanan müraciətlərə cavab veriləcək, abituriyentlərin cavab verməkdə çətinlik çəkdikləri test tapşırıqları, onları maraqlandıran digər suallar izah ediləcək.

Canlı yayım zamanı əlavə suallarınızı müvafiq postun altına yaza və ya sizə təqdim olunacaq “whatsapp” nömrəyə səsli, yazılı mesaj kimi göndərə biləcəksiniz. “Whatsapp” nömrə canlı yayım zamanı elan olunacaq. Sualınıza dolğun cavab tapmaq istəyirsinizsə, onu tam aydın və dəqiq ifadə etməlisiniz. Bölmə, ixtisas qrupu, fənn, test tapşırığının nömrəsi göstərilməlidir”,-deyə DİM bildirib.

 

 


Yazarlar