Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Paşinyan Azərbaycana silah satılmasına etiraz etdi

  141
16:50 15-05-2018
Şriftin ölçüsünü dəyiş  

Ermənistan Belarus ilə Azərbaycana silah satışını müzakirə edib. Paralel.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə yeni baş nazir Nikol Paşinyan bildirib.

 

Soçidə keçirilən görüşü zamanı Ermənistan baş naziri Nikol Paşinyan Belarus prezidenti Aleksandr Lukaşenka ilə Azərbaycana silah satışını müzakirə etdiyini bildirib. Cavabında isə Belarusiya prezidentinin münasibətinin çox normal olduğunu vurğulayıb.

 

Jurnalistlərin Rusiya prezidenti Vladimir Putinlə görüşü barədə sualından isə yayınıb.

“Mən bu format barəsində belə ayaqüstü məlumat vermək, yekunlaşdırmaq istəməzdim. Amma qeyd etmək istərdim ki, ən geniş məsələlər müzakirə olunub. Bu görüş çox effektiv olub” – Paşinyan bildirib.

 

Əvəz ZEYNALOV


Yazarlar