Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Ermənistan müxalifəti "məxməri inqilab" komitəsi yaratdı - BƏYANAT

  10
23:05 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

 

Ermənistanda sabiq prezident  Serj SArkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib.

 

Modern.az xəbər verir ki, Nikol Paşinyan hərəkata rəhbərlik edəcək qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini qeyd edib: “Dövlət qurumlarını blokadaya alacaq inqilab komitələri bütün bölgələrdə yaradılacaq. Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər”, - deyə Nikol Paşinyan mitinqdə bildirib.      

 

Onun sözlərinə görə, sabahdan bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanılacaq, paytaxt Yerevanda isə onun tərəfdarları hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri quracaq.    

 

 

Aksiyadan sonra etirazçılar mərkəzi küçələr boyu yürüş keçiriblər. Nikol Paşinyan tərəfdarlarını meydanda gecələməməyə və sabah yenidən aksiyaya toplaşmağa çağırıb.  


Yazarlar