Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mehmanxanalarda qalan xaricilərin sayı açıqlandı

  9
20:40 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

2017-ci ildə mehmanxana və mehmanxana tipli müəssisələrdə nömrələrin (otaqların) sayı 4,4 faiz artaraq 21,2 min vahid, birdəfəlik tutum isə 2,8 faiz artaraq 41,1 min yer olub.

 

Modern.az xəbər verir ki, birdəfəlik tutumun 34,8 faizi Bakı, 14,8 faizi Xaçmaz, 8,8 faizi Qəbələ, 5,8 faizi Qusar, 3,9 faizi Quba, 3,2 faizi Gəncə, 2,7 faizi Masallı, 2,2 faizi Lənkəran, hər biri 1,9 faiz olmaqla Şamaxı və İsmayıllı, 1,7 faizi Mingəçevir, hər biri 1,2 faiz olmaqla Şəki və Qax, 15,9 faizi isə digər rayonlarda (şəhərlərdə) yerləşən mehmanxanalarda mövcud olub. 

 

2016-cı illə müqayisədə mehmanxanaların gəlirləri 18,2 faiz artaraq 283,7 milyon manat olmuşdur ki, onun 67,9 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 22,2 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 1,9 faizi müalicə və sağlamlıq xidmətlərindən, 8,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib. 

 

Gəlirlərin 191,8 milyon manatı (67,6 faizi) xarici vətəndaşlara göstərilmiş xidmətlər nəticəsində formalaşıb. 

2017-ci ildə mehmanxanalarda gecələmələrin sayı 2579,7 min adam-gecə olub. Bu da əvvəlki illə müqayisədə 21,4 faiz çoxdur.

2016-cı illə müqayisədə mehmanxanaların xidmətlərindən istifadə edən əcnəbi turistlərin sayı 26,3 faiz artaraq 981,0 min nəfər olub. 

Yerləşdirilmiş xarici ölkə vətəndaşları arasında Rusiya Federasiyası vətəndaşları 14,4 faiz, Böyük Britaniya vətəndaşları 8,1 faiz, Türkiyə vətəndaşları 7,3 faiz, İran vətəndaşları 7,2 faiz, ABŞ vətəndaşları 3,0 faiz, Ukrayna vətəndaşları 2,3 faiz, Almaniya vətəndaşları 2,2 faiz, İtaliya vətəndaşları 1,8 faiz, Gürcüstan vətəndaşları 1,5 faiz, digər ölkələrin vətəndaşları 52,2 faiz təşkil edib. 

 

Əcnəbilər üzrə gecələmələrin sayı 24,7 faiz artaraq 1195,9 min adam-gecə olub. Mehmanxanalarda yerləşdirilən şəxslərin ümumi sayı 2016-cı illə müqayisədə 25,6 faiz artaraq 1409,5 min nəfərə çatıb. Onların da 30,4 faizini Azərbaycan Respublikasının vətəndaşları təşkil edib. 


Yazarlar