Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Mənzillər ən çox Bakının bu yerlərində satılır - SƏBƏBİ

  13
20:20 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

 

Bakıda mənzil bazarında ən böyük aktivlik Yeni Yasamalda, mikrorayonlarda və Əhmədlidə müşahidə olunur.

 

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin İdarə heyətinin sədri Nüsrət İbrahimov deyib.

Onun sözlərinə görə, yüksək tələbat bu bölgələrdə mənzillərin daha əlçatan olması ilə əlaqədardır. Bir kvadrat metr üçün orta qiymət 1200-1300 manat ətrafında dəyişir.

 

Qeyd edək ki, bir müddət əvvəl N.İbrahimov bildirmişdi ki, 2018-ci ilin əvvəlindən Bakıda ilkin mənzil bazarında qiymətlər 3 faiz, fevral ayında isə bir faiz artıb.

Onun sözlərinə görə, eyni zamanda ikinci mənzil bazarında azalma qeydə alınıb.

2017-ci ilin statistikasına gəldikdə isə, ekspertin sözlərinə görə, daşınmaz əmlak bazarında qiymətlər 3,46 faiz azalıb.


Yazarlar