Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Deputatdan şəhid ailələri ilə bağlı ÇAĞIRIŞ +

  14
17:15 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Şəmkir rayonunda Heydər Əliyev Mərkəzində Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə düşmənə əsir düşməmək üçün özlərini partladan Azərbaycan Ordusunun 7 kəşfiyyatçısından biri, Azərbaycan  “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş şəhid Dinar Mustafayev ilə bağlı anım tədbiri keçirilib.

 

Paralel.az xəbər verir ki, tədbirdə millət vəkilləri Qənirə Paşayeva, Sona Əliyeva, Şəmkir Heydər Əliyev Mərkəzinin layihə rəhbəri Arzu Həsənova,  şəhid olmuş kəşfiyyatçıların ailə üzvləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbirdə qəhrəman şəhidimiz Dinar Mustafayev barədə geniş danışılıb, o və onunla bərabər 1997-ci ildə əsir düşməmək üçün özlərini partladan 7 kəşfiyyatçının döyüş qəhrəmanlıqlarından danışılıb və həmin qəhrəmanlar üçün çəkilən film təqdim edilib. Daha sonra isə millət vəkili  Sona Həsənova qəhrəman şəhidimizin ömür yolu ilə, onun qəhrəmanlığı ilə bağlı geniş çıxış edib. Millət vəkili Qənirə Paşayeva çıxışı edərək qəhrəman şəhidlərimizin qarşısında, belə qəhrəman oğulları böyüdən ata-anaların qarşısında baş əyirəm deyib və qəhrəman şəhidimiz, “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilmiş Dinar Mustafayevin  vətənpərvərliyi barədə geniş danışıb və gəncləri məhz belə qəhrəman oğullardan örnək götürməyə çağırıb. 

 

Ali Baş Komandanın fikirlərinə xüsusi diqqət ayıran millət vəkili Q.Paşayeva böyüyən gənclərimizin bu qəhrəmanlarımızı tanıması üçün ziyalılarımız, müəllimlərmiz, hər birimiz fəal olmalıyıq deyib.

Millət vəkili Q.Paşayeva çıxışında bildirib ki, biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əmindirlər. Q. Paşayeva “o gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”- deyib. Şəhidlərimizin ailələri ilə görüşündə ölkəmizin birinci Vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdi deyən millət vəkili Q.Paşayeva şəhidimizin anasına müraciətlə  hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz deyib.

 

Millət vəkili Q.Paşayeva gəncləri həqiqətlərin dünyaya daha geniş yayılmasında sosial şəbəkələrin təqdim etdiyi imkanlardan geniş istifadə etməyə də çağırıb. 

Qənirə Paşayeva qəhrəman şəhidlərimizin qarşısında baş əyirəm deyərək gəncləri  Dinar Mustafayev kimi qəhrəmanlardan Vətən sevgisi örnəyini almağa çağırıb və tədbir təşkilatçılarına öz təşəkkürünü bildirib. Millət vəkili Q.Paşayeva bizim üçün müstəqil Azərbaycandan dəyərli heç bir şey ola bilməz deyərək ölkəmizin daha da inkişafı istiqamətində gənclərin üzərinə düşən vəzifələr barədə də geniş fikirlərini söyləyib.  Tədbirdə “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı da geniş çıxış edərək qəhrəman şəhidlərimizdən, onların həyat yolundan, qəhrəmanlıqlarından geniş danışıb. Tədbirdə çıxış edən Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev rayonda şəhid ailələri, müharibə əlilləri ilə bağlı görülən işlərdən danışıb və onlar hər zaman xüsusi diqqət mərkəzindədir deyib və qəhrəman şəhidimiz Dinar Mustafayevi şəmkirlilərin hər zaman sevgi ilə anacağını vurğulayıb.   

 

Tədbirdə  qəhrəman şəhidimiz Dinar Mustafayevin müəlllimi, ziyalılar, N-saylı hərbi hissənin heyyət üzvləri, rayon Qarabağ əlilləri cəmiyyətinin, Şəmkir rayon Polis Şöbəsinin rəis müavini Yaşar Hüseynov, müəllimlər, ziyalılar çıxış edərək geniş fikirlərini söyləyiblər.   Qəhrəman şəhidimiz Dinar Mustafayevin döyüş yoldaşı Əhmədov Aqil Mürsəl oğlu da onunla bağlı xatirələrini və fikirlərini bölüşüb. Qəhrəman şəhidimizin anası, bacıları, dayısı da çıxış edərək qəhrəman şəhidimizin ən böyük arzusunun torpaqlarımızı işğaldan azad görmək olduğunu deyiblər və inanırıq ki, Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızın hamısı işğaldan azad olunacaq və Dinar da daxil olmaqla bütün şəhidlərimizin ruhu şad olacaq deyiblər.  Tədbirin sonunda şəhid Dinar Mustafayevin əziz xatirəsinə hazırlanmış fotoalbom şəhidin ailəsinə və digər qonaqlara təqdim olunub.

 

Millət vəkilləri Q.Paşayeva, Sona Əliyeva,  “Aprel 2016” Şəhid Ailələrinə dəstək İB-nin həmsədrlərindən Aida Eyvazlı qəhrəman şəhidimizin  ailəsi ilə də geniş söhbət ediblər, qayğıları ilə maraqlanıblar , şəhid ailələri başımızın tacıdır, sizin kimi ata-anaların qarşısında baş əyirik, dövlətimiz,  millətimiz və hər bir azərbaycanlı hər zaman yanınızdadır deyiblər.

 

Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla ermənilərin işğal altındakı Füzuli rayonuna göndərilib. Qrup düşmənin arxasına keçərək tapşırığı yerinə yetirib. Birincin qrup itkisiz qayıtsa da, ikinci qrup düşmənin mühasirəsinə düşüb. Təslim haqqında təklif döyüşçülərimiz tərəfindən rədd edildikdən sonra ağır döyüş başlayır. Kəşfiyyatçılar düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 üzvü şəhid olur, onlardan 1-i Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşərək sağ qalıb.

 

Mərhum prezident Heydər Əliyev kəşfiyyat qrupunun bütün üzvlərinin “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilməsi barədə sərəncam imzalayıb.

 

Millət vəkili Q.Paşayevanın tədbirdə çıxış videosunun linkini burdan izləyə bilərsiniz.

 

 


Yazarlar