Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edənlər - FOTO   +

  8
16:25 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Daxili işlər orqanlarının əməkdaşlarının həyata keçirdikləri növbəti uğurlu əməliyyat nəticəsində Bakıda yanacaqdoldurma məntəqəsinə basqın edən şəxslər tutulub.

Daxili İşlər Nazirliyindən Paralel.az-a bildirilib ki, aprelin 16-da gecə saat 03.00 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə gələn iki nəfər maskalı şəxs orada operator işləyən 3 nəfəri tapançaya oxşar əşya ilə hədələyib onlardan ümumilikdə 867 manat pul alaraq hadisə yerini tərk ediblər.

      
Məlumat daxil olan kimi dərhal Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsi əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılıb. İsti izlərlə həyata keçirilən birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Həsən Mansurov və əvvəllər məhkum olunmuş Bəxtiyar Camalov saxlanılıblar. H.Mansurovun yaşadığı evə baxış zamanı oradan hadisə vaxtı istifadə etdikləri oyuncaq tapançalar və maskalar aşkar edilərək götürülüb.

      
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri və əməliyyat tədbirləri davam etdirilir. 

 


Yazarlar