Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

“Mercedes” piyadanı vurub öldürdü  

  8
16:15 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Paralel.az-a verilən məlumata görə, aprelin 17-də gecə saatlarında Bakı-Quba yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Magistralın Şabran rayonu ərazisindən keçən hissəsində Cahangirov Asim Məmməd oğlunu avtomobil vurub. Piyada aldığı xəsarətdən dünyasını dəyişib.  


Dərhal Şabran RPŞ əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Təxirəsalınmaz tədbirlərlə yol-nəqliyyat hadisəsini “Mercedes Benz” markalı avtomobillə törədilməsi müəyyən edilib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə yol qəzasını törədərək hadisə yerindən yayınmaq istəyən avtomobilin sürücüsü – Bəşir Mühtümov saxlanılıb.


Faktla bağlı araşdırmalar aparılır.


Yazarlar