Bakı
Baku booked.net
+30°C
FreeCurrencyRates.com
AZ RU EN
Həsən bəy Zərdabi
“ Mətbuat cəmiyyətin güzgüsüdür. ”

Həsən bəy Zərdabi

Facebook azərbaycanlı Qarabağ əlilinin profilini ermənilərə görə bağladı

  11
15:30 17-04-2018
Şriftin ölçüsünü dəyiş  

Qarabağ müharibəsi əlili Xaqani Rzaquliyevin  “Facebook”  hesabı  artıq 7 gündür ki, bloklanmışdı. Səbəb isə ermənilərin şikayətləri olub.

Bu barədə Paralel.az saytı ilə həmsöhbət olan Xaqani Rzaquliyev bildirib ki, bu məsələdə  bəlkə də  “Ginnesin Rekordlar Kitabı”na düşə bilər:

“Ayda azından 3-4 dəfə 3 günlük “Facebook” hesabımı bağlayırdılar. Lakin bu dəfə 7 günlük oldu. Səbəb əslində profil deyil, “Fedai.az” saytıdır. Erməni hakerlər bir dəfə o saytı dağıtdılar. Bu dəfə saytı qoruduğumuza görə, mənim və bütün əməkdaşların profillərini eyni gündə şikayət etdilər və “Facebook” rəhbəri Mark Zukerberq da elə bil himə bənddi - bizim profilləri bloklayır”.

Müsahibimiz  deyib ki,  erməni şikayətçiləri türkiyəli dostlarının köməyi ilə tapıb:

“Onların birmənalı olaraq hamısı ermənilərdir. Yəni bunu havadan söyləmirik. Şikayətlər eyni vaxtda Türkiyə, Rusiya, Ermənistan , ABŞ, Fransa və s. yerlərdə erməni şəbəkəsindən bir cümlə ilə edilir. Cümlə budur: “Շատ Վարակված Կայք Ջնջեք, Խնդրում Եմ, Այս Կայքը, Facebook-Ից Մեր Ազգի, Մենք Դնում”.  

Tərcüməsi: “Bu virusa yoluxmuş bir saytdır və bizim millətimizi təhqir edir”.

Şikayətlərin 11-i  isə Bakıdan getmişdi. Buna görə də profilim 7 günlük bağlanmışdı. “Facebook” səbəb kimi Qriboyedovun erməni həyasızlığı barədə Mazroviçə yazdığı məktubu göstərdi”.

X. Rzaquliyev qeyd edib ki, “Facebook” informasiya müharibəsi çərçivəsində jurnalistikadan xəbərsiz saytlarımıza istənilən informasiyanı ötürüb yaya bilir:


“Ermənilərin trol mərkəzi sosial şəbəkələrdə çox fəaldır. Onlar əsasən də millətçilik və türkçülük maskasına bürünüblər.

7 günlük cəza bitəndən sonra “Facebook” profilim açıldı. Amma mənim yazdığım şikayətə baxmadılar. Bizim  bu məsələni  məhkəməyə daşımaq fikrimiz var. Hələ ki variantları  hesablayıb, detalları dəqiqləşdiririk. “Facebook”la olan razılaşmada hansısa dahinin yazılmış əsərlərini yaymaq qadağan edilməyib. Amma buna baxmayaraq, ermənilər  haqqında hətta öz dedikləri sözləri yazanda və ya paylaşanda səni blok edirlər”.


Yazarlar